"Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun şücaəti sayəsində Ermənistanın 30 illik işğalına son qoyulub. Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini özü yerinə yetirərək ərazi bütövlüyünü bərpa edib. Artıq münaqişə tarixə qovuşub və Azərbaycan işğaldan azad olunan ərazilərin bərpasına başlayıb".
 
RePost.Az-ın xəbərinə görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstan Parlament Məclisinin sədri Nurlan Niqmatulinlə görüşü zamanı deyib.
 
O, həmçinin Ermənistanın regionda davamlı sülhün təmin olunmasına qarşı yönəlmiş təxribatçı hərəkətləri barədə də geniş məlumat verib. Spiker Ermənistanın minalanmış ərazilərin tam xəritəsini təqdim etməkdən imtina etdiyini, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarını kobud şəkildə pozaraq azad olunmuş ərazilərimizə terrorçu qruplar göndərdiyini, sərhəddə təxribatlar törətdiyini diqqətə çatdırıb.

Baxış sayı: 4720 | Tarix: 07.09.2021
Bizi Telegramda izləyin: @repostaz