Daha bir erməni hərbi ekspert erməni yalanlarını ifşa edib. Van Ambarçumyan ölkəsinin həm Tovuz döyüşləri ərəfəsində, həm də 44 günlük müharibədə ağılsız iddialarını sərt tənqid edib. O həmçinin bildirib ki, müharibə dövründə Ermənistan Azərbaycan tərəfinə 4 dəfə "iskəndər" raketi atıb. Mövzunu hərbi ekspert Şair Ramaldanov şərh edib.
 
Erməni hərbi ekspert Van Ambarçumyan belə bir açıqlama verib. O, müsahibəsində bildirib ki,atılan "İskəndər" raketlərindən 2-i Şuşa istiqamətində, 2-i isə Bakı istiqamətində atılıb. Ancaq raketlərin qarşısı Azərbaycan tərəfindən alınıb və məhv edilib.
 
Van Ambarçumyanın İsgəndər raketi ilə bağlı fikirlərini şərh edən hərbi ekspert, polkovnik Şair Ramaldanov xezerxeber.az-a bildirib ki, Şuşada İsgəndər raketlərinin qalıqlarının aşkar edilməsi göstərir ki, ermənilər bu raketlərdən ölkəmizə qarşı istifadə ediblər. Ümumilikdə götürdükdə isə, Ermənistan ordusu istər müharibədən qabaq, istər müharibə dövründə, istərsə də müharibədən sonra bununla bağlı yalan məlumatlar yayıb.
 
Şair Ramaldanov qeyd edib ki, Azərbaycanın bu hücumların qarşısını müvəffəqiyyətlə alaraq, hava məkanını qoruya bilib. Ermənistan ordusu müharibə dövründə arsenalında olan bütün silahlardan istifadə edib. Ermənistanın ən böyük yalanı itkilərlə bağlı olub. İtkilərin açıqlanandan 2 dəfə çox olmasını sonradan özləri də etiraf etdilər. İndi də erməni hərbçilərinin nəşi aşkar olunur".
 
Erməni hərbi ekspert, müsahibəsində Ermənistanı idarə edən şəxslərin Rusiyanın "Su-30SM" təyyarələrini almasını şərh edib: "Mən deyirdim ki, nəyi idarə edə bilirlərsə, onu almaq lazımdır. Həmin təyyarəyə 120 milyon dollar xərclənib və bu, dövlətin piarı üçün edilmişdi. Çünki Ermənistanın ilk dəfə qırıcı təyyarə alması barədə çox danışılırdı" - deyə ekspert hakimiyyətin rüsvayçı siyasətini tənqid edib.

Baxış sayı: 5860 | Tarix: 19.09.2021
Bizi Telegramda izləyin: @repostaz