“Lalə Şövkət Hacıyeva yaxın vaxtlarda yeniliklərlə bağlı çıxış edəcək. O, hal-hazırda Azərbaycan üçün islahatlar proqramı hazırlayır. Lalə xanımın hazırladığı islahatlar proqramının tərkibinə daxil olan təklif isə Azərbaycan üçün gözlənilməz bir təklif olacaq. Bu, Azərbaycanda bir çox siyasətçilər tərəfindən dərk edilməsi çətin olan gözlənilməz islahatlar təklifi olacaq”.
RePost.Az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temİrxan deyib.
Onun sözlərinə görə, ALP-nin lideri Lalə Şövkət köklü iqtisadi islahatlar yolunu tutub.
“Əsas məqsəd Azərbaycanda milli və siyasi birliyə, barışığa nail olmaqdır. Bu islahatlar həm dövlətimizə həm də xalqımıza xidmət edəcək. Əgər Lalə xanımın təklifinin səsləndirilməsi üçün yaxın zamanlarda münbit şərait olacaqsa, nəticəsi də ürəkaçan olacaq”
Saytın əldə etdiyi digər xəbərə görə Lalə Şövkət bu yaxınlarda xarici ölkələrin birinə oğlu Sidqi Şövkətlə birgə səfər edib. Səfərin məqsədi Xocalı soyqırımının ildönümü ilə bağlı olub. Lakin Lalə Şövkətin oğlu Sidqi Şövkətin sözlərinə görə hansısa xarici ölkəyə belə səfər təşkil edilməyib.
“Yayılan xəbərlər doğru deyil. Lalə xanım, səhhətində yaranan kiçik problemə görə heç yerə çıxmayıb”
RePost.Az