ABŞ dövlət katibi Entoni Blinken Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.
 
RePost.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
 
Bildirilib ki, Nyu-Yorkda BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində baş tutan görüşdə tərəflər ABŞ-Türkiyə əməkdaşlığının müxtəlif sahələrinə dair fikir mübadiləsi aparıblar.
 
Məlumatda qeyd olunub ki, Türkiyə NATO-nun vacib müttəfiqidir və görüş zamanı Əfqanıstandakı birgə səylər, həmçinin regional məsələlər müzakirə edilib.
 
TASS-ın məlumatına görə isə görüşdən sonra media nümayəndələrinə açıqlama verən ABŞ Dövlət Departamentinin yüksək vəzifəli nümayəndəsi bildirib ki, E. Blinken və M. Çavuşoğlu Cənubi Qafqaz, Qarabağ, Azərbaycan və Ermənistana dair də müzakirələr aparıb.

Baxış sayı: 4986 | Tarix: 22.09.2021
Bizi Telegramda izləyin: @repostaz