"Azərbaycanda Dağlıq Qarabağ adlı inzibati ərazi vahidi mövcud deyil. Dağlıq Qarabağ adlı ölünü kim dirilmtək istəyirsə, öz ərazisində diriltsin, “Dağlıq Qarabağ” adlı qurum, respublika, cəmiyyət yaratsın, biz də onu tanıyarıq, amma Azərbaycanda yox".

RePost.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev 27 Sentyabr - Anım günü ilə əlaqədar Azərbaycan xalıqna müraciətində deyib.

O qeyd edib ki, Dağlqı Qarabağ münaqişəsi artıq tarixdə qalıb. 

"Bu məsələ öz həllini tapmışdırdır. Bunu mən deyirəm Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı. Hər kəs bu sözlərlə hesablaşmalıdır və hesablaşacaqdır!", - deyə Prezident qətiyyətlə vurğulayıb.

 


Baxış sayı: 4739 | Tarix: 27.09.2021
Bizi Telegramda izləyin: @repostaz