Güney azərbaycanlı hərbçilər Azərbaycan Respublikasının sərhədçiləri tərəfindən İran yük maşınından yarım ton heroin aşkar edildikdən sonra İslam İnqilabı Keşikçiləri Korpusunun Araz kənarına qoşun çəkərək öz soydaşlarına qarşı keçirilən təlimlərə qatılmaqdan imtina ediblər.
 
RePost.Az “Azad İran” Teleqram kanalına istinadən xəbər verir ki, güneyli soydaşlarımızn bu addımı İran silahlı qüvvələrində geniş narazılığın yaranmasına səbəb olub. Ona görə, SEPAH-ın komandanlığı hərbi təlimə İranda yaşayan başqa xalqların nümayəndələrini cəlb etməyə məcbur olub.
 
Habelə həlimlərdə iştirak edən qüvvələr arasında atışma baş verib, canlı qüvvə arasında çox sayda ölən və yaralanın olduğu, habelə hərbi texnika və nizami təchizatın itirildiyi bildirilir.
 
Beləliklə, İslam İnqilabı Keşikçilər Korpusu-SEPAH-ın siyasi təbliğat və Azərbaycana mesaj məqsədi güdən hərbi təlimi faciə və uğursuzluqla, eləcə də nəzərdə tutulan məqsədlərə çatmadan yarımçıq dayandırılıb.
 
Əldə etdiyimiz məlumatlarda İran ordusunda kütləvi narazılığın və etirazların baş qaldırdığı xüsusilə vurğulanır.
 

Baxış sayı: 3732 | Tarix: 27.09.2021
Bizi Telegramda izləyin: @repostaz