Ermənistanın sabiq müdafiə naziri David Tonoyanın nədə ittiham olunduğu məlum olub.
 
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, D. Tonoyan xüsusilə külli miqdarda mənimsəmədə (2 277 323 840 dram - 4,5 mln. dollar) təqsirləndirilir.
 
Sabiq müdafiə nazirinin barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət edilib.
 
Ötən gün D. Tonoyanın saxlanılması barədə məlumat yayılıb. Onun evində axtarış aparıldığı bildirilib.
 
Sabiq müdafiə naziri başqa yerə getməmək şərti ilə sərbəst buraxılıb.
 
Xatırladaq ki, D. Tonoyan 44 günlük müharibə zamanı Ermənistanın müdafiə naziri olub. O, 2020-ci il noyabrın 20-də istefa verib.

Baxış sayı: 6145 | Tarix: 30.09.2021
Bizi Telegramda izləyin: @repostaz