Bu ilin yanvar-iyul aylarında Rusiyadan Türkiyəyə 16 709,73 mln. kubmetr "mavi yanacaq" ixrac olunub ki, bu da illik müqayisədə 3 dəfə çoxdur.
 
"APA-Economics"in Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsinin (EPDK) məlumatları əsasında apardığı hesablamalarına görə, yanvar-iyul aylarında Rusiya Türkiyənin ümumi qaz idxalında birinci yerdə qərarlaşıb.
 
Məlumata görə, Türkiyə 2020-ci ilin yanvar-iyul aylarında Rusiyadan 5 521,89 mln. kubmetr qaz idxal edib.
 
Qeyd olunur ki, cari ilin iyul ayında Türkiyə Rusiyadan 2 305,81 mln. kubmetr qaz idxal edib, bu da illik müqayisədə 173,45% azdır
 
Xatırladaq ki, 2020-ci ildə Rusiyadan Türkiyəyə 16 176,34 mln. kubmetr "mavi yanacaq" ixrac olunub.

Baxış sayı: 5062 | Tarix: 30.09.2021
Bizi Telegramda izləyin: @repostaz