Tehranın qərbində “SEPAH”a aid gizli raket bazasında güclü partlayış olub.
 
RePost.Az xəbər verir kİ, partlayış zamanı ölən və yaralananlar olub. Sözügedən gizli raket bazasının “Şəhid Himmət” Sənaye Qrupuna məxsus olduğu bildirilir. 
 
“İmicset İnernational” Peyk (ماهواره) Məlumatları Şirkətinin yaydığı peyk görüntülərindən bazanın tamamilə yaarasız vəziyyətə düşdüyü görünür. Məlumatı SEPAH t\əsdiq etsə də, bazanın adını açıqlamayıb. 
 
Rəsmi “İRNA” agentliyi “Sepah”ın partlayışda həyatını itirmiş iki üzvünün adlarını açıqlayıb. Agentlik Hüseyn Abedi və Mürtəza Kərimi adlı mühəndislərin “Sepah”ın Məlard vilayətinin Bidgənə bölgəsində yerləşən təhqiqat mərkəzində baş verən yanğın zamanı öldüyünü bildirib.
 

Baxış sayı: 8140 | Tarix: 01.10.2021
Bizi Telegramda izləyin: @repostaz