“İran İsraillə münasibətlərinə görə Azərbaycanı “hədəf taxtası”na qoya bilməz. Mənim şəxsən elə bir gözləntim yoxdur”.
RePost.Az-ın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrikadan qayıdarkən jurnalistlərin İranın Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimlərə dair sualına cavabında deyib.
"İrandakı Azərbaycanlıların sayı göz önündədir. Bu təbii ki, düşündürücüdür. Elə də asan deyil. Atılan addım yanlışdır. Düşünürəm ki, İranın yeni rəhbərliyi bu yanlışı davam etdirməyəcək”, - Ərdoğan vurğulayıb.