Rusiyanın Sarov şəhərində qandonduran hadisə yaşanıb.
 
RePost.Az İstiPress-ə istinadən xəbər verir ki, məktəbin ayaqyolunda iki qız əlbəyaxa dava edib.
 
Qızlardan biri özünü qorumaq və davadan yayınmaq istəsə də, digər məktəbli qız onu vəhşicəsinə döyməyə başlayıb. Ətrafdakı qızlar isə onları ayırmaq əvəzinə, baş verənləri mobil telefonun kamerasına çəkməyə başlayıb.
 
Məktəb rəhbərliyi hadisə ilə bağlı hüquq mühafizə orqanlarını məlumatlandırıb. 
 
Araşdırma zamanı məlum olub ki, davada döyən qız yanvar ayında da şəhər mərkəzində sevdiyi oğlana görə digər qızla dalaşıb.
 
RePost.Az
 

Baxış sayı: 4169 | Tarix: 25.02.2017
Bizi Telegramda izləyin: @repostaz