Ermənistan Beynəlxalq Ədalət Məhkəməsindən öncə də digər beynəlxalq təşkilatlarda Hərbi Qənimətlər Parkı ilə bağlı məsələni qaldırmışdı”.
RePost.Az-ın xəbərinə görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov ötən gün Beynəlxalq Ədalət Məhkəməsinin müvəqqəti tədbirlərinə dair qərarı ilə bağlı mətbuat brifinqində deyib.
Nazir müavini bildirib ki, bu, Azərbaycan üçün yeni məsələ olmayıb: “Ermənistan tərəfi bununla bağlı müxtəlif dövlətlərə də müraciət etmişdi. Bəzi hallarda ermənipərəst qüvvələrin Ermənistanın bu mövqeyinə dəstəyi öz əksini tapıb. Ancaq burada Ermənistan xalqına qarşı hər hansı etnik nifrətdən söhbət gedə bilməz. Bu park tarixlə bağlıdır. 30 il işğalda qalan ərazilərdə, Vətən müharibəsində Azərbaycan qarşı istifadə edilən silahlar, nümunələr bu parkda saxlanılır. Hətta Ermənistanın ballistik raketlərdən istifadə etməsi ilə bağlı sübutlar da bu parkda nümayiş olunur. Xaricdən gələn siyasi rəsmilər, jurnalistlərə bu faktlar göstərilir. Biz məhkəmədə də bəyan etdik ki, erməni xalqına qarşı etnik nifrətlə bu parkın heç bir əlaqəsi yoxdur. Ardıcıl olaraq məhkəmədə də göstərdik ki, məhkəmədə bu mövzu ilə bağlı qərar əldə etmək Ermənistan üçün siyasi xal qazanmaq üçün bir addımdır. Siyasi nöqteyi-nəzərdən bu parkın bağlanması Ermənistan üçün çox əhəmiyyətli idi. Amma məhkəmənin bu mövzuda ədalətli yanaşması bizi sevindirdi”.