Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı, həmçinin səfirliyin Hərbi Attaşesi briqada generalı Zəkəriyyə Yalçın işğaldan azad edilmiş torpaqlarda atəşkəsin qorunub saxlanılması üçün Türkiyə ilə Rusiya arasında 11.11.2020-ci il tarixdə imzalanmış müqaviləyə uyğun yaradılmış “Birgə Monitorinq Mərkəzi”nə baş çəkiblər.
RePost.Az-ın məlumatına görə, bu barədə Türkiyənin ölkəmizdəki Səfirliyinin “Facebook” səhifəsində bildirilib.
Qeyd edilib ki, mərkəzin fəaliyyəti barədə səfirə və Hərbi Attaşeyə məlumat verilib.