Hədə qorxu ilə pul tələb etməkdə təqsirləndirilən bloger Ata Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
RePost.Az APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı edib.
 
Vəkil çıxışda müdafiə etdiyi şəxsə verilən ittihamların əsassız olduğunu bildirib.
 
Daha sonra Ata Abdullayev son söz deyib. Təqsirləndirilən şəxs son sözündə ağlaya-ağlaya cinayət işində zərərçəkmiş kimi tanınan 4 nəfərin heç birindən pul tələb etmədiyini bildirib. O bildirib ki, başqa müstəvidə günahının nədən ibarət olduğunu bilir, buna görə dəfələrlə üzr istəyib və bir daha da üzr istəyir: "Kiminsə sözünü kəsmişəmsə, kiməsə qarşı xətam olubsa, hansısa balacanın, prezidentin yaxınlarının xətrinə dəymişəmsə, böyüklərdən də, kiçiklərdən də dönə-dönə üzr istəyirəm. Mən bilirəm ki, nəyə görə buradayam".
 
Prosesdə hökm oxunub.
 
Hökmə əsasən, Ata Abdullayev 7 il azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, bloger Abdullayev Ata Eldar oğlu Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən bu ilin mart ayında saxlanılıb.
 
A.Abdullayevə Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə pul tələb etmə) maddəsi ilə ittiham verilərək barəsində Səbail rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Baxış sayı: 4036 | Tarix: 28.12.2021
Bizi Telegramda izləyin: @repostaz