Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərinə qanunsuz səfərlərlə bağlı xəbərdarlıq edib.
RePost.Az-ın məlumatına görə, XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib ki, istər Fransa, istərsə də digər dövlətlərin nümayəndəsi bir daha Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərinə qanunsuz səfər edərsə, Azərbaycan öz Konstitusiyası və müvafiq qanunvericiliyi çərçivəsində lazımı addımları atacaq.