Məşhur stilist Anar Ağakişiyev yeni açıqlamaları ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, "Üzə-düz" verilişinə dəvət olunan stilist yeni aldığı evindən danışıb. Bir müddət əvvəl mənzilində ayaqqabı qarderobunu nümayiş etdirən Anar 800 ədəd ayaqqabısı olduğunu deyib:
"Bu yaxınlarda yeni evə köçəndə başa düşdüm ki, məndə bir xəstəlik var. Ayaqqabılara olan sevgi xəstəliyi. 800 cüt ayaqqabım var. Ən ucuzu 200-250 dollar, ən bahalısı 3000 dollardır (5 min 100 AZN). Ortalama qiymətləri isə 700-800-1000 dollardır”.
Anar Ağakişiyev milli düşüncəli insan olduğunu da bildirib. Stilist qadınların siqaret çəkməsini və onların bəzi geyimlərinə qarşı olduğunu deyib:
“Heç vaxt ailə üzvlərimi kamera önünə gətirməmişəm. Milli düşüncədə bir insanam. Bir xanımın cəmiyyət içərisində siqaret çəkməsinə pis baxıram. İstər vətəndə, istərsə də xaricdə belə mənzərə görəndə deyirəm ki, "Buna bax, utanmır! 60 yaşı var, damağında siqaret". Gənc qızlar yayda göbək nahiyəsini açır, yaxşı baxmıram. Hər şeyin həddi var. Çərçivələrlə yaşamaq lazımdır”.