Türkiyənin ilk silahlı pilotsuz dəniz vasitəsi olan ULAQ yeni sistemlə atəş açma sınağdan uğurla keçib.
 
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə məlumatı “Sabah” qəzeti yayıb.
 
Qeyd olunub ki, 2021-ci ildə dünyada ilk dəfə pilotsuz dəniz vasitəsindən raket ataraq hədəfi müvəffəqiyyətlə məhv edən ULAQ, əlavə edilmiş yeni uzaqdan idarə olunan silah sistemi ilə baza və limanların mühafizəsində iştirak edəcək.
 
Müdafiə sənayesində milli sərmayə ilə fəaliyyət göstərən Antalya mərkəzli ARES Gəmiqayırma Zavodu və Ankarada yerləşən Meteksan Müdafiə 12,7 mm-lik uzaqdan idarə olunan silah sistemini Türkiyənin ilk və yeganə SİDA ULAQ platformasına inteqrasiya edərək atış sınaqlarını uğurla başa çatdırıb.

Baxış sayı: 5404 | Tarix: 25.01.2022
Bizi Telegramda izləyin: @repostaz