Gəncədə qadın xəsarət alıb.
 
RePost.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhəri Dadaş Bünyadzadə küçəsində qeydə alınıb.
 
1994-cü il təvəllüdlü S.İsmayılova sağ daban nahiyəsini kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.
 
Qadına tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.
 
İlkin məlumata görə S.İsmayılovanın ayağını həyat yoldaşı kəsib. Hadisə ərlə arvad arasında mübahisə zamanı baş verib.
 
Faktla bağlı araşdırma aparılır.

Baxış sayı: 5442 | Tarix: 31.01.2022
Bizi Telegramda izləyin: @repostaz