Mətbuat Şurasının İdarə Heyətinin üzvü Cavanşir Feyziyev istefa verib.
 
Bu barədə Cavanşir Feyziyev “Facebook” səhifəsində bildirib.
 
O diqqətə çatdırıb ki, son günlərdə “Facebook”da paylaşdığı statusla bağlı yaranan qalmaqal, həmçinin işinin çoxluğu Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti üzvlüyündən istefa verməyi zəruri edib.
 
“Razıyam ki, emosional şəraitdə yazdığım statusun mətni kifayət qədər sərt olub və bu barədə də əlavə status yazaraq bunda özümü haqlı hesab etmədiyimi bildirmişəm”, - Cavanşir Feyziyev vurğulayıb.

Baxış sayı: 5100 | Tarix: 07.02.2022
Bizi Telegramda izləyin: @repostaz