Prezident İlham Əliyev Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında Fərman imzalayıb.
RePost.Az xəbər verir ki, Fərmana əsasən, Bakı Nəqliyyat Agentliyi (bundan sonra – Agentlik) publik hüquqi şəxs statusu ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə verilib.
Fərmana əsasən Bakı Nəqliyyat Agentliyin (BNA) tabeliyində olan “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” (NİİM) Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tabeliyinə verilib.
Nazirlər Kabineti Agentliyin yeni nizamnaməsini üç ay müddətində Azərbaycan Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir.