Bu gün Azərbaycan 8 erməni hərbi qulluqçusunu Ermənistan tərəfinə qaytarılıb. 
 
RePost.Az xəbər verir ki, həmin şəxslərin 6-sı 2021-ci ilin 16 noyabr tarixində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribatın qarşısı alınarkən saxlanılan hərbi qulluqçulardır.
 
Əsir və itkin düşmüş, girrov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, bunun müqabilində Ermənistan tərəfi 1-ci Qarabağ müharibəsinə aid kütləvi məzarlıqların yerini göstərməlidir. Bu məzarlıqlarda həm Azərbaycanın mülki əhalisi, həm də hərbiçiləri uyuyur. ????
 
Qeyd olunur ki, razılıq fevralın 4-də Fransa prezidenti, Ermənistanın baş naziri və Azərbaycan prezidenti arasında videoformatda keçirilən görüşdə əldə olunub.
 
Ermənistana təhvil verilən 8 erməni:
 
Qurgen Qaloyan
Qriqor Kuregyan
Vaqarşak Maloyan
Sərkis Tarzyan
Vardges Balayan
Armen Petrosyan
Artur Babayan
Amayak Sarqsyan

Baxış sayı: 3542 | Tarix: 07.02.2022
Bizi Telegramda izləyin: @repostaz