Rövşən Çingiz oğlu Nəcəf Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini vəzifəsindən azad edilib.
 
RePost.Az-ın xəbərinə görə, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
 
Prezidentin digər Sərəncamı ilə Rövşən Çingiz oğlu Nəcəf Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti təyin edilib.
 
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Rövşən Çingiz oğlu Nəcəfə həvalə edilib.
 
Rövşən Nəcəf eyni zamanda Dövlət Neft Şirkətinin Müşahidə Şurasının üzvləri sırasından çıxarılıb.
 

Baxış sayı: 7076 | Tarix: 10.02.2022
Bizi Telegramda izləyin: @repostaz