Milli Məclisin deputatları Tahir Mirkişili və Soltan Məmmədov İrəvanda səfərdədirlər.
RePost.Az xəbər verir ki, deputatlar fevralın 22-də Ermənistanın paytaxtı İrəvanda keçiriləcək AVRONEST Parlament Assambleyasının komitə iclaslarında iştirak edəcək.
Deputatlarımız iclaslarda müzakirə olunacaq məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər.