Baş Prokurorluq Müdafiə Nazirliyinin yüksək vəzifəli hərbçisinin saxlanılması ilə bağlı məlumatı təsdiqləyib.
 
Prokurorluğun Mətbuat xidmətindən RePost.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Qurbanov Məlikməmməd Oruc oğluna Hərbi Prokurorluğun İstintaq idarəsi tərəfindən Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham elan edilib.
 
O, dövlətə 3,5 milyon manat maddi ziyan vurmaqda ittiham edilir.  
 
M.Qurbanov barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat verilib.
 
Qeyd edək ki, hazırda Satınalmalar və Təchizat İdarəsi nin rəisi polkovnik Elnur Kazımovdur. Elnur Kazımov Azərbaycan Respublikasının Hərbi prokurorunun müavini Rasim Kazımovun qardaşıdır.
 
 

Baxış sayı: 4530 | Tarix: 21.02.2022
Bizi Telegramda izləyin: @repostaz