“Rusiya ilə Azərbaycan arasında iqtisadi əlaqələr çoxşaxəlidir, bu da iki ölkə arasında münasibətlərin daha da inkişafına zəmin yaradır”.
 
RePost.Az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Kremldə Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşdə deyib.
 
V. Putin Azərbaycanda rus dilinin inkişafına verilən dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib.
 
“Bilirəm ki, Azərbaycanın 300 məktəbində rus dili aktiv öyrənilir, təbii ki, biz buna gələcəkdə də dəstək verəcəyik”, - deyə Rusiya lideri vurğulayıb.
 
V. Putin regional əlaqələrin də aktiv şəkildə inkişaf etdiyini qeyd edib.
 
İlham Əliyev: "Rusiya Azərbaycanla Ermənistan arasında müharibənin dayandırılmasında, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasında, normal qonşuluq münasibətlərinin yaranmasında əsas rol oynayır. Ümid edirik ki, Rusiyanın dəstəyi ilə, Ermənistan üzərinə götürdüyü öhtəlikləri vaxtında yerinə yetirəcək. Gündəlik xeyli genişdir. Bu, xüsusi bir səfərdir. Mən Prezident kimi 48-ci dəfədir ki, Rusiyaya səfər edirəm, amma bu, xüsusi bir səfərdir, çünki bu gün biz çox vacib, tarixi sənəd imzalayacağıq

Baxış sayı: 4359 | Tarix: 22.02.2022
Bizi Telegramda izləyin: @repostaz