İran molllarına bağlı SEPAH terror təşkilatının səhifəsində Azərbaycan hədəlınib.
RePost.Az xəbər verir ki, "İran İslam Respublikası Şərqi Avropada yaranmış gərginliyi Avropa və Amerikanın təcavüzkar siyasətlərinin nəticəsi hesab edir və öz mənafeyini və təhlükəsizliyini müdafiə etməyi ölkələrin təbii və fitri haqqı hesab edir", - SEPAH terror təşkilatının səhifəsində bildirilib.
Daha sonra mövzuya heş aidiyyatı olmadan terror təşkilatı Azərbaycanla sərhədlərindəki "təhlükə"dən bəhs edib: "Şübhəsiz ki, İran İslam Respublikası şimal sərhədlərində sionist ünsürlərin mövcudluğuna dözməyəcək".