"Türkiyə-Azərbaycan münasibətləri həmişə müttəfiq olub və müttəfiqlik xalqlarımızın qəlbində yaşayır. Biz ötən il Şuşada bunu rəsmən təsdiqlədik."
 
Bunu Azərbaycan prezidenti İlham Əliyev Bakıda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşündə deyib.
Dövlət başçısı vurğulayıb ki, “Münasibətlərimiz təkcə ikitərəfli formatda deyil, həm də regional təhlükəsizlik baxımından böyük əhəmiyyət kəsb edir. Türkiyə və Azərbaycan birlikdə bölgəmizin gələcək inkişafını, xalqlarımızın təhlükəsizliyini və rifahını təmin edir... Mən prezident Rəcəb Tayyib Ərdoğanla daim əlaqə saxlayırıq, daimi telefon əlaqəsi saxlayırıq, görüşür və birgə addımlar atırıq”.
 
Türkiyə XIN deyib ki, təbii ki, regionumuzda mühüm proseslər gedir və bu proseslərin nəticələri var. Sizin həyata keçirəcəyiniz mühüm layihələr, o cümlədən Zəngəzur dəhlizi var. Bütün bu məsələlərlə bağlı gördüyümüz işlər barədə məlumat vermək və birlikdə hansı addımları atacağımızı müzakirə etmək üçün bu gün Bakıya gəldim”.

Baxış sayı: 4416 | Tarix: 05.03.2022
Bizi Telegramda izləyin: @repostaz