Zülfüqar Xeyirxəbər yazır:
Reallıqları yazırsan, adını ...pərəst qoyurlar. Mən nə Rusiyapərəstəm, nə Ukraynapərəst, mən Azərbaycanpərəstəm. Reallıq ondan ibarətdir ki, Ukrayna Amerika-Rusiya-Qərb savaşının qurbanıdır. Rusiya Ukraynanı işğal edir, dənizə çıxışını kəsir, Amma NATO ölkələri ancaq silah-sursat, patron verməklə işini bitmiş hesab edir. Zelensiki az qala hər gün bəyan edir ki, NATO bizi tək qoydu, real addım atmağa qorxurlar. ABŞ və Qərb isə Rusiyanı sanksiyalarla çökdürəcəyini, rusiyalı tələbələri, milyerderləri ölkədən qovmaqla daxildə üsyan qaldırıb Putini devirəcəklərinə ümidlidirlər. Amma bu o qədər də real görünmür. Çünki Putin Rusiyanın parçalanmamsı üçün öz xalqını belə qırar. Ukraynada qırdığı guya başqa xalqdandır ki? Eyni kökə, eyni mədəniyyətə sahib insanlar deyil?! Məsələn bizimlə, Qazaxlar, Özbəklər, Qırğızlar kimi...
Şəxsən hesab edirm ki, Azərbaycan üçün Rusiya da təhlükədir, Amerika da, digər Qərb ölkələri də. Aralarında bir fərq var, Rusiya qonşudur. Sərhədləırimizdə qoşunları var. Onunla düşmənçilik Dövlət üçün risklidir. Qonşu ilə dostluq imkanları varsa, düşmənlik etmək nəyə lazımdır?
Amma siyasi baxımdan bu gün Qərb Azərbaycan üçün Rusiyadan da təhlükəlidir. 44 günlük Qarabağ savaşında gördük bunu. İşğalçıya deyil, işağala məruz qalan ölkəni sanksiyalarla hədələmirdilər!? Azərbaycan tələb etmirdilər ki, müharibəni dayandırıb, qoşunları geri çəksin!? İndinin özündə də Qarabağdakı ermənilərin status, müstəqillik davasını aparmırlar!?
Öz iqtisdi maraları üçün Azərbaycanı azmı sanksiyalarla hədələdilər!? 20 Yanvar stansiyasında metronu partladan sadvalçını, Xomneyinin agentlərini siyasi məhbus siyahısına salıb azadlığını tələb etmədilərmi!? Amma qazın qiymətində razılaşma əldə edilən kimi, sankisiyalar da yaddın çıxdı, insan haqları da. Bu riyakarlıq, ikiüzlülük deyil nədir?
Müharibədən öncə Zelenskiyə hərbi dəstək barədə söz vermədilər!? Bayden az bəyanat verdi ki, lazım gələrsə Ukraynaya qoşun çıxaracaq!? Nə oldu lazım gəlib çıxmayıb hələ!? Ukraynanın şəhərləri yerlə yeksan olur, ancaq lazım gəlməyib. Biz o lazımı 30 il gözlədik. Bu müddət ərzində nə qaçqınlaırmızn haqları yadlarına düşdü, nə də insanların mülkiyyət hüququ. Xaraba qoyduqları, Suriyaya, İraqa, Liviyaya qapılarını bağlayan NATO ölkələri nədənsə ukraynalıları həvəslə qəbul edirlər, onaları qaçmağa həvəsləndirirlər. Əgər bu insan halarıdırsa, şərq ölkələrində qırdıqları insan deyildi? Tutaq ki, əvvəlki liderlər diktator idi, demokratiyanı boğurdu, insan haqlarına hörmət qoymurdu. İndi o ölkələrdə demokratiya varmı!? Yoxsa insanlar daha yaxşı yaşayırlar!? Hər gün terror, aclıq və yoxsulluq... Bəşər Əsəd demokrat olub indi, niyə devirmirlər? Neftlə zəngin torpaqlara nəzarəti ələ keçirən kimi, Suriyada, İraqda, Liviyada insan haqları da yaddan çıxdı, demokratiya da...
İnsanları, nəsilləri, ailələri məhv etmək, şəhərləri xaraba qoyub, insanları öz yurd-yuvlarından didərgin salmaqdı demokratiya, insan haqları? Avropada müsəlmanları terrorçu kimi görməkdir insan haqları?
Yoxsa, az qala 60 ildir Türkiyəyə qapılarını bağlayan Avropa İttifaqının davranışları demokratiya ilə bağlıdır!? Sadəcə Türkiyə müsəlman Türk dövlətidir və Ərdoğan dövlətini sevir. Ərdoğanı da məhz ona görə devirməyə cəhd etmədilər? Əgər Ərdoğan devrilsəydi, Türkiyəyə imkan verərdilər hərbi sənayesi inkişaf etsin? Güman edirsiz ki, bu gün qürurla mədh etdiyimiz Bayraktar səmada olacaqdı? Mən şəxsən düşünürəm ki, olan deyildi.
Çünki tarixi kin onlara imkan vermir ki, Türkiyə iqtisadi cəhətdən inkişaf eləsin, güclənsin. Osmanlı qorxusu hələ də canlarından çıxmayıb, çıxan da deyil.
İndi Ukrayndakı dava da nə insan haqlarıdır, nə demokratiya. Sadəcə yeni dünya düzəni qurulur. Bu düzəndə iqtisadi baxımdan starteji nöqtələrə kimin nəzarət etməsidir. Döyüşlərin getdiyi xəritəyə də baxsanız bunu aydın görəcəksiz.
Putin çox gözl bilir ki, bu döyüşü uduzsa Rusiyanın sonudur. Qalib gələrsə sanksiyalar da ləğv ediləcək. Necə ki, Gürcüstanla, Krımla bağlı sanksiyalar ləğv edildi.
20 ildir Rusiya Gürcüstanın bir hissəsi, həmçinin 8 ildir Ukraynının Krımı işğal edilib. Sanksiyalar niyə tətbiq edilmirdi!? Niyə Rusiyanın qazından, neftindən imtina etmirlər? Çünki ehtiyacları var. Bayden deyir ki, Rusiyanın xam neftindən imtina etsək ölkədə yanacağın və enerjidaşıyıcılarının qiyməti bahalaşacaq. Öz ölkəsində bahalaşma olmasın deyə Ukraynanı qurban verirlər. Ukrayna Suriyaya çevrilir, ancaq "qorxma yanındayam" deyirlər. Yəni Məmmədhəsən dayının dəstəyi ilə Baydenin və ya Avropa liderlərinin dəstəyi arasında heç bir fərq yoxdu.
Ona görə də, bu gün Azərbaycanın tutduğu mövqe ən doğru yoldur. Bu yol bizi Zəngəzura aparacaq, bu yol bizi Türk dövlətləri ilə ilə birləşdirəcək. Bizə parçalanmış yox, Bütöv Azərbaycan lazımdır. Ona görə də satılmağa adət etmişlərin oyununa uymaq lazım deyil, birliyimizi qorumalıyıq.