Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvlərinin təxribatlarının qarşısını almaq məqsədilə Azərbaycan Ordusunun adekvat cavab tədbirləri artıq öz nəticəsini verməyə başlayıb.
RePost.Az xəbər verir ki, erməni mənbələrinin məlumatına görə, artıq Xocalı rayonu Pirlər kəndinin ərazisi boşaldılıb.
Xatırladaq ki, Azərbaycan hərbçiləri son günlər Xocalı rayonu Pirlər kəndi ərazisində səsgücləndiricilər vasitəsilə erməni dilində xəbərdarlıq edərək qanunsuz erməni silahlı dəstəsindən təxribatlara son qoyulmasını tələb edirdi. Lakin kənddə yaşayan ermənilər səngər qazmağa davam edirdilər. Xəbərdarlıqların nəzərə alınmaması, üstəlik, Azərbaycan Ordusunun bölmələrinin mövqelərini atəşə tutmaqda davam etməsi onlarla güc dilində danışmaq zərurəti yaradıb.
Qeyd edək ki, təxribatların qarşısının alılması məqsədilə bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
"Bildiririk ki, Azərbaycan Ordusu heç bir halda mülki infrastrukturu hədəfə almır, yalnız qanunsuz erməni silahlı dəstələrinin mövqelərinə dəqiq zərbələr endirir", - məlumatda qeyd edilib.
Hazırda əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.