“Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Antalya Diplomatiya Forumu çərçivəsində görüşünün keçirilməsi təklif edilmişdi”.
Bunu Antalya Diplomatiya Forumunda iştirak edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
Prezidentin köməkçisi bildirib ki, Azərbaycan belə görüşlərə həmişə hazırdır: “Amma bu görüşlər görüş naminə olmamalıdır, hədəflərə doğru olmalıdır”.