“Bu gün Azərbaycanla Ermənistan arasında gündəlikdə duran və müzakirə olunacaq kifayət qədər məsələlər var”.
 
Bunu Antalya Diplomatiya Forumunda iştirak edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
 
Prezidentin köməkçisi bildirib ki, Azərbaycanın regional sülhü və təhlükəsizliyi gücləndirmək üçün bir sıra təklifləri var: “Bu təkliflərdən biri də Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlara başlamaqdır. Amma təəssüflər olsun ki, Ermənistan tərəfi hələ də buna cavab verməyib”.

Baxış sayı: 5309 | Tarix: 12.03.2022
Bizi Telegramda izləyin: @repostaz