Rusiyanın NTV kanalının tanınmış aparıcısı Liliya Gildeyeva istefa verib.
BAKU.WS xəbər verir ki, bu barədə aparıcı Telegram hesabında yazıb.
Onun sözlərinə görə, xaricə gedib və istefa ərizəsini oradan yazıb.
“Mən qorxdum ki, məni elə-belə buraxmazlar, ona görə istefa ərizəsi yazdım”, - deyə Liliya Gildeyeva bildirib.
Qeyd edək ki, Liliya Gildeyeva 2013-cü ildən NTV kanalının “Seqodnya” proqramında çalışırdı. O, verilişi televiziya jurnalisti Aleksey Pivovarovla birgə aparıb.