Rusiya Ankaranın Möntrö Boğazlar Konvensiyasının öhdəliklərinə riayət olunması ilə bağlı məsuliyyətli yanaşmasını qiymətləndirir.
 
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşün protokol hissəsində çıxışında bildirib.
 
“Əlbəttə ki, biz Ankaranın Möntrö Konvensiyasının öhdəliklərinə riayət olunması ilə bağlı məsuliyyətli yanaşmasını görürük və qiymətləndiririk”, - Rusiya XİN başçısı vurğulayıb.
 
Lavrov Ukraynadakı vəziyyətdən başqa, türkiyəli həmkarı ilə Suriya, Liviya, Əfqanıstan və Cənubi Qafqazdakı vəziyyəti də müzakirə edəcəklərini qeyd edib: “İkitərəfli gündəmimiz də olduqca zəngin və çoxplanlıdır. Biz Rusiya-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclasına hazırlığa xüsusi diqqət yetirəcəyik, hansı ki, rəhbərliyimiz iclasın Türkiyədə keçirilməsi barədə razılaşıb. Əminəm ki, hazırkı şəraitdə biz iclasın keçirilmə vaxtını razılaşdıra biləcəyik. Hesab edirəm ki, danışıqlarımız və sizin səfəriniz olduqca yerinə düşüb. Bir daha xoş gəlmişsiniz!”

Baxış sayı: 7114 | Tarix: 16.03.2022
Bizi Telegramda izləyin: @repostaz