“Real FM” radiosuna yayım lisenziyası verilib.
 
Bunu APA-ya açıqlamasında radionun direktoru Kəmalə Onur bildirib.
 
Onun sözlərinə görə, hazırda radioda texniki cəhətdən hər şey hazırdır: “Yaxın zamanlarda radionun test yayımı olacaq. Ardınca isə tam heyətlə işə başlayacağıq”.
 
Qeyd edək ki, Audiovizual Şuranın ümumrespublika radio kanalının (Bakı şəhəri və Abşeron yarımadası ərazisində 107,0 MHz tezliyi) açılması üçün 17 yanvar 2022-ci il tarixdən 17 fevral 2022-ci il tarixədək elan olunmuş müsabiqəsinin nəticəsinə görə, “Real Təhlil İnformasiya Mərkəzi” MMC (radio kanalın adı: Real FM) qalib olub.

Baxış sayı: 3960 | Tarix: 17.03.2022
Bizi Telegramda izləyin: @repostaz