Azərbaycan Silahlı Qüvvələri  Əsgəran rayonunun Fərrux kəndi istiqamətində irəliləyib.

RePost.Az  
xəbər verir ki, bu barədə Sputnik Armeniya məlumat yayıb.
 
Məlumata əsasən, hazırda separatçılara məxsus qeyri-qanuni erməni silah birləşmələri və Rusiya sülhməramlıları danışıqlar yolu ilə irəliləyişi dayandırmağa və onları ilkin mövqelərinə qaytarmağa çalışırlar.
 
Ermənistan Respublika Partiyasının sözçüsü, keçmiş vitse-spiker Eduard Şarmazanov isə bildirib ki, Azərbaycan ordusu Fərrux kəndində nəzarəti tam şəkildə ələ keçirib.
 
Həmçinin erməni KİV-ləri xəbər verir ki, Xocalının Pirlər kəndinin əhalisi də artıq təxliyyə olunub.

Baxış sayı: 4701 | Tarix: 24.03.2022
Bizi Telegramda izləyin: @repostaz