Martın 30-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Böyük Britaniyanın Silahlı Qüvvələr naziri, Böyük Britaniya parlamentinin üzvü cənab Ceyms Hippinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
 
Müdafiə Nazirliyindən RePost.Az-a verilən məlumata görə, qonaqları salamlayan müdafiə naziri ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin daim diqqət mərkəzində olduğunu qeyd edib.
 
General-polkovnik Z.Həsənov Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbədən sonra azad edilən ərazilərdə görülən işlər, eyni zamanda, Qarabağ iqtisadi zonasında və Azərbaycan-Ermənistan dövlət sərhədindəki vəziyyətlə bağlı ətraflı məlumat verib. 
 
Həmçinin nazir Birləşmiş Krallığın BMT-nin İnkişaf Proqramı çərçivəsində Azərbaycanda ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənərək zərərsizləşdiri

Baxış sayı: 4568 | Tarix: 30.03.2022
Bizi Telegramda izləyin: @repostaz