Prezidentlərin Brüssel görüşü davam edən ərəfədə ermənilər Tovuz rayonu istiqamətində mövqelərimizi atəşə tutulub.
 
Müdafiə Nazirliyindən RePost.Az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 6-sı axşam saatlarında dövlət sərhədinin Tovuzqala rayonunun Müsürskənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.
 
Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Baxış sayı: 5024 | Tarix: 07.04.2022
Bizi Telegramda izləyin: @repostaz