Rusiya Azərbaycan və Ermənistanın sülh müqaviləsi ilə bağlı danışıqlara başlamaq niyyətini müsbət qiymətləndirir.
RePost.Az-ın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
“Kreml bunu müsbət qiymətləndirir. Anlaşılandır ki, bu proses olduqca uzun çəkir. Lakin belə bir sənədin (müqavilənin-red.) bağlanmasına doğru irəliləyiş öz-özlüyündə müsbət faktdır və alqışlanır”, - Kremlin sözçüsü vurğulayıb.