Ermənistanın baş naziri Nikol Paşinyan Brüssel görüşünün nəticələri barədə danışıb:
 
1. Qarabağın yekun statusu məsələsi Azərbaycanla sülh sazişi çərçivəsində müzakirə olunmalıdır.
 
2. XİN-klərinə sülh müqaviləsinin bağlanmasına hazırlıq işlərinə başlamaq tapşırılıb. 
 
3. Ermənistan tərəfinin öz müqəddəratını təyinetmə hüququnu müzakirə etməsi və Qarabağın statusunun aydınlaşdırılması vacibdir.
 
4. Qarabağda təhlükəsizlik məsələlərini, Fərruxdakı vəziyyəti müzakirə etdik, amma ortaq məxrəcə gəlmədik. Rusiya tərəfi də bu cür müzakirələrdə iştirak etməlidir.
 
5. Rusiya sülhməramlılarının hərəkətlərinin adekvatlığı və bu hadisələr zamanı mümkün hərəkətsizliklə bağlı araşdırma aparmağı zəruri hesab edirik.
 
6. Aprelin sonuna kimi İrəvan və Bakı sərhədlərin delimitasiyası və sabitliyin təmin edilməsi məsələləri ilə məşğul olacaq komissiya yaradacaq.
 
7. Kommunikasiyaların açılması məsələsində müəyyən fikir ayrılıqı var.  
 
8. Müzakirələri davam etdirmək və bütün məsələləri həll etmək qərarına gəlinib".

Baxış sayı: 4739 | Tarix: 07.04.2022
Bizi Telegramda izləyin: @repostaz