"Azərbaycanın ərazi bütövlüyünün tanınmaması Ermənistan üçün böyük təhlükədir. Əgər biz bu addımı atmasaq, o zaman yeni müharibə başlayacaq və beynəlxalq ictimaiyyət bizə kömək etməyəcək. 2020-ci ilin səhvlərini təkrarlamağa hazır deyiləm”.
 
RePost.Az-ın məlumatına görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamnı deyib. 
 
O əlavə edib ki, sülhdən başqa alternativ yoxdur.
 
“Bu il martın 10-da ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri Azərbaycanın sülh yolu ilə nizamlanma ilə bağlı ideyalarını bizə təhvil verdi. Biz bu təklifləri dərhal müzakirə etdik və müəyyən etdik ki, onlar Ermənistan üçün qəbuledilməz deyil. Xüsusən Ermənistan hələ 1992-ci ildə MDB-nin yaradılması haqqında sazişi ratifikasiya etməklə Azərbaycanın ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanıdığı üçün. Bu tanınma bu gün də milli qanunvericiliyimizin bir hissəsidir. Qeyd etmişdik ki, Ermənistan Azərbaycana qarşı heç vaxt ərazi iddiası ilə çıxış etməyib və Qarabağ məsələsi ərazi yox, hüquq məsələsidir", - deyə Paşinyan vurğulayıb.
 
Paşinyan qeyd edib ki, sülh danışqlarında Ermənistan üçün əsas əhəmiyyət kəsb edən məslələr Qarabağ ermənilərinin təhlükəsizliyinin təminatları,  
onların hüquq və azadlıqlarına təminatlı riayət olunması və Qarabağın statusunun yekun müəyyənləşdirilməsidir. 
 
"Ona görə də bu maddələri gündəliyə daxil edən Ermənistan sülh danışıqlarına başlamağa hazırdır. Bizim bu mövqeyimiz Brüsseldə son görüşümüz zamanı tam müəyyən olundu”, - Paşinyan əlavə edib. 

Baxış sayı: 5442 | Tarix: 13.04.2022
Bizi Telegramda izləyin: @repostaz