Prezident İlham Əliyev Şuşada Dünya Azərbaycanlılarının V Qurultayında çıxış edib.
RePost.Az xəbər verir ki, Prezident Ermənistan-Azərbaycan sülh müqaviləsi ilə bağlı müəyyən məqamlara toxunub. O qeyd edib ki, Ermənistanda hərdən bir baş qaldıran revanşist qüvvələr bilməlidirlər ki, bu, Ermənistan üçün yeganə çıxış yoludur və bəlkə də son şansdır”.
Dövlət başçısı bildirib ki, əgər bundan imtina etsələr, onda biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq, bunu rəsmən bəyan edəcəyik: “İkinci Qarabağ müharibəsinin nəticələrini nəzərə alaraq, Ermənistan tərəfi yaxşı başa düşməlidir ki, bu addım nəyə gətirib çıxaracaq”.
Daha ətraflı VİDEOda.