Bu gün Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.
RePost.Az xəbər verir ki, iclasda V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mehriban Əliyevanın səlahiyyətlərinə xitam verilməsi məsələsinə baxılıb.
İclasda qeyd edilib ki, Mehriban Əliyeva Azərbaycan Respublikasının birinci vitse-prezidenti təyin edilməsi ilə əlaqədar Milli Məclisin deputat səlahiyyətlərinə xitam verilməsi ilə bağlı MSK-ya müraciət edib. Müraciət MSK üzvləri tərəfindən səsə qoyularaq qəbul edilib.
15:10
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva deputat mandatına xitam verilməsi üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib.
RePost.Az-ın məlumatına görə, MSK-nın bu gün keçiriləcək iclasında onun müraciətə baxılacaq.
Mehriban Əliyeva 2015-ci il V çağırış Milli Məclisə seçkilərdə14 saylı Xəzər seçki dairəsindən deputat seçilib. Bu ilin fevralın 21-də Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə isə M.Əliyeva Birinci vitse-prezident vəzifəsinə təyin edilib.
Xatırladaq ki, Azərbaycan Konstitusiyasının 89-cu maddəsinin 4-cü hissəsinə əsasən, Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda parlament üzvlüyündən istefa verməlidir. Həmin şəxs bunun üçün MSK-ya müraciət etməli, MSK isə bu müraciətə 2 ay müddətində baxıb, deputatın mandatına xitam verilməsi ilə bağlı qərar verməlidir.
RePost.Az