"Ermənistan Bakının təklif etdiyi prinsiplərə əsaslanan sülh müqaviləsi imzalamasa, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanımayacaq".
RePost.Az xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşada Dünya Azərbaycanlılarının 5-ci qurultayında çıxışı zamanı deyib.
"1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin İrəvanı Ermənistana verməsi, 1920-ci ildə Sovet hökumətinin Zəngəzuru Ermənistana verməsi tarixi faktdır. Daha bir təxribat da hazırlanırdı - Qarabağın Ermənistana verilməsi. Amma sonra Qarabağı Azərbaycanın tərkibində qalması qərarı verildi. Süni Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı və Şuşa da onun tərkibinə daxil edildi. Məqsəd Qarabağı və Şuşanı erməniləşdirmək idi. Halbuki o zaman Dağlıq Qarabağda ermənilərdən iki dəfə çox azərbaycanlı yaşayırdı.
İki əsr dözdük, amma sonda dəmir yumruq erməni qəsbkarlarının başına əzdi və tarixi ədalət zəfər çaldı", - İlham Əliyev vurğulayıb.