Almaniya şirkətləri Azərbaycanın azad olunmuş torpaqlarında rekonstruksiya işlərində iştirak edir.
APA xəbər verir ki, bunu Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq deyib.
O bildirib ki, Almaniyanın iki şirkəti azad olunmuş ərazilərdə yol çəkilişində iştirak edir.
“Həmçinin bu ərazilərdə rekonstruksiya işlərində iştirak edən Türkiyə, İsrail şirkətləri Almaniya texnologiyasından istifadə edir”, - diplomat vurğulayıb.