Bakı Apellyasiya Məhkəməsində Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin məhkəməsi keçirilib.
 
Məhkəmə Əli Əliyev barəsindəki 6 aylıq həbs qərarı qüvvədə saxlayıb.
 
Qeyd edək ki, Ə.Əliyev 2021-ci il noyabrın 30-da qəzaya uğrayan DSX-ya məxsus helikopterdə polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun sağ qalmasının mümkün olmadığını demişdi. Bundan sonra DSX-nin zabitləri partiya sədrinə qarşı Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsinə uyğun olaraq xüsusi ittiham qaydasında ayrı-ayrılıqda şikayət vermişdilər.
 
Yanvarın 13-də Əli Əliyevə birinci şikayət üzrə 5 ay həbs cəzası verilmiş, aprelin 15-də isə ikinci şikayət üzrə həbs cəzası daha 1 ay uzadılmışdı. Hazırki duruma görə, o iyulun 13-də azadlığa çıxacaq.
 
Partiya sədrinin vəkili Cavad Cavadov bir şəxs barəsində eyni əmələ görə iki dəfə cəza təyin edilməsinin qanunsuz olduğunu iddia edir.

Baxış sayı: 6639 | Tarix: 29.04.2022
Bizi Telegramda izləyin: @repostaz