Prezident “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda Ukrayna mənşəli Aliona Hivkonun "Müharibə təcrübəsi olan, uzunmüddətli işğala məruz qalan və torpaqlarını azad etməyi bacaran Azərbaycan kimi Ukraynaya nə kimi bir məsləhət verərdiz?" sualına verdiyi cavabın tezisləri: 
 
1. Ən vacibi işğalla heç vaxt barışmamaq;
2. Öz imkanlarına və resurslarına arxalanmaq;
3. Beynəlxalq qurumların qətnamə və qərarlarrına güvənməmək;
4. Güclü ordu yaratmaq üçün güclü iqtisadiyyat qurmaq;
5. Yeni vətənpərvər və güclü motivasiyası olan nəsil yetişdirmək.
 
İlham Əliyev əlavə edib ki, "Biz Ukraynanın və digər bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyirik və bunu açıq şəkildə edirik. Böyük ağacların arxasında gizlənmirik. Azərbaycanın Rusiya ilə yaxşı münasibətləri var. Amma bizim Ukrayna ilə də yaxşı münasibətlərimiz var. Beynəlxalq hüququn prinsipləri isə siyasi üstünlüklərə əsaslanaraq şərh edilməməlidir."

Baxış sayı: 5062 | Tarix: 29.04.2022
Bizi Telegramda izləyin: @repostaz