Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası yaradılıb.
 
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
 
Sərəncamla Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılıb:
 
Komissiyanın sədri
 
Şahin Mustafayev – Azərbaycan Respublikası Baş nazirinin müavini
 
Komissiyanın üzvləri
 
Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Baş nazirinin müavini
 
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
 
Azərbaycan Respublikası daxili işlər nazirinin müavini
 
Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
 
Azərbaycan Respublikası ədliyyə nazirinin müavini
 
Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
 
Azərbaycan Respublikası müdafiə nazirinin müavini
 
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin birinci müavini
 
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini
 
Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidməti rəisinin müavini
 
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini
 
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi
 
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin sektor müdiri
 
Qazax Rayon İcra Hakimiyyətinin başçısı
 
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı
 
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı
 
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı
 
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı
 
Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı
 
Laçın Rayon İcra Hakimiyyətinin başçısı
 
Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı
 
Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı.
 
Azərbaycan Respublikasının Nazirlər Kabineti Dövlət Komissiyasının Katibliyinin və aidiyyəti dövlət orqanlarının (qurumlarının) mütəxəssislərindən ibarət müntəzəm fəaliyyət göstərəcək ekspert qrupunun yaradılmasını təmin etməlidir.
 
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Baxış sayı: 5879 | Tarix: 24.05.2022
Bizi Telegramda izləyin: @repostaz