Azərbaycanda gənclərin və idmanın yeganə ünvanı olan BrendSport.az saytı 5 iyun 2022-ci il tarixdə "Atrium” Uşaq Əyləncə Mərkəzi və "Osmanlı Yaşam" ilə birlikdə  1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş serebral iflic, autizm və daun sindromlu uşaqlar üçün xeyriyyə tədbiri keçirib.

RePost.Az xəbər verir ki, 200 nəfərdən çox uşağın qatıldığı tədbirdə ölkənin tanınmış insanları və rəsmi nümayəndələr də iştirak edib.

"Atrium” Uşaq Əyləncə Mərkəzinin baş sponsorluğu ilə keçirilən tədbirdə "VİPLİFE", "Moskva" konfetləri, "Natural Halı", "Osmanlı Yaşam" mərkəzi, "Autizim Badamdar İdman Klubu" və BrendSport.az saytı tərəfindən uşaqlara qiymətli hədiyyələr təqdim olunub.

Tədbirin aparıcılığını Azərbaycan Televiziyasının (AzTV) və Muğam Mərkəzinin solisti, xanəndə Könül Məmmədli edib.

Tədbirdə çıxış edən BrendSport.az saytının baş redaktoru və tədbirin təşkilatçısı Bəhruz Səmədov belə tədbirlərin keçirilməsinin vacibliyini vurğulayaraq, uşaqlara xoş əyləncələr arzulayıb. Bəhruz Səmədov çıxışı zamanı bu tədbirlərə hər zaman öz dəstəyini göstərən "Moskva" konfetlerinə, "VİPLİFE"a, "Natural Halı"ya və Heydər Əliyev Sarayının kassalarının yaxınlığında yerləşən "Həyat Apteki"nə öz təşəkkürlərini bildirib.


Baxış sayı: 5005 | Tarix: 07.06.2022
Bizi Telegramda izləyin: @repostaz