Türkiyə Ordusu tarixi və mədəni məsuliyyəti nəzərə alaraq, dost və qardaş ölkələrin, xüsusilə Azərbaycan və Liviyanın haqlı mübarizələrində onların yanındadır.
 
APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar “Efes-2022” beynəlxalq təlimlər çərçivəsində çıxışı zamanı deyib.
 
O qeyd edib ki, Türkiyə Silahlı Qüvvələri sərhədlərin təhlükəsizliyini təmin edərək, başda FETÖ olmaqla PKK/YPG, İŞİD kimi terror təşkilatları ilə daxildə və xaricdə mübarizə aparır, bununla Türkiyənin maraq və mənafelərini qətiyyətlə qoruyur.

Baxış sayı: 5081 | Tarix: 09.06.2022
Bizi Telegramda izləyin: @repostaz