Ocaqnecat qovulub, "Hüseyniyə" ləğv edilib, QMİ də əldən çıxandan sonra, Tehran bizim Azərbaycana qarayaxmanın son həddinə əl atıb, Allah adından istifadə ilə. 
RePost.Az xəbər verir ki, bunu sosial şəbəkədəki səhifəsində  İctimai Tədqiqatlar Mərkəzinin direktoru, hüquqşünas, ekspert-kriminalist İlqar Altay yazıb.
Onun sözlərinə görə, 43 ildir Allah, İslam, Şiəlik pərdəsi altında öz Xomeyniçilik sektasının siyasi "neo-şiəlik" təlimi təbliğatı, "inqilab ixracı" allahsızlıqları ilə məşğul olan İran molla rejimi, bizi dövlət, xalq, cəmiyyətli Allaha qarşı ölkə kimi dünyaya tanıtma yolu seçib. 
"Bunun üçünsə, ölkəmizdəki sonuncu istehkamı olan, ekstremist "Müsəlman birliyi hərəkatı" maşasını irəli uzadıb. "Maşanın" da antimilli cinayətkar rəhbəri, Kasim Süleymani kimi qatı beynəlxalq terrorçunun əsgəri olan Taleh Bağırov adlı artistə, "səhnə" qurmasını tapşırıb. Ssenari isə bu: guya, Azərbaycanda Allahı (ə.f.) söyürlər. Allah isə, özünü qoruya bilmir, bu, MBH isə bu, Taleh başda olmaqla, "Allahın hüquqlarını müdafiə" hərəkatı təşkil edir. Və bununla da bağlı bir, "aclıq aksiyası" keçirirlər. Ucuz, cılız və məntiqsiz komediya! 
Dünyanın heç yerində görünməyən artistlik, səhnədir bu. Allahı əsl təhqir budur(!), onun adını belə bir, iyrənc anti-Azərbaycan siyasi oyununda hallandıraraq, istifadə etmək. Bu vicdansızlar, allahsızlar belə flrıldaqları üçün başqa mövzu tapmadılarmı? Belə bir metod, iyrəncliyi dünyada heç kim tətbiq etməzdi ki, bunlardan çıxar. Azərbaycanda harada və nə vaxt görünüb kimsə Allahı təhqir edə bilsin?!
Bu "MBH"-nı terrorçu təşkilat elan edib, tam rəsmi qadağan etmək lazımdı, hüquqi əsaslı. Və güclü ictimai təpki ilə ifşa etmək lazımdır, Allaha da xoş getməyən belə iyrənc səhnəni. Utansınlar, belə manqurtlara, belə anti-milli alçaq oyuna dəstək verən əlaqədar siyasilər", - İlqar Altay yazıb.

Baxış sayı: 4986 | Tarix: 11.06.2022
Bizi Telegramda izləyin: @repostaz